Bu gün 23:00-da İspaniya La Liqasının növbəti turu çərçivəsində “Valensiya” doğma meydanında “Barselona”nı qəbul edəcək. Bu dueldən kim qalib çıxacaq? Cavabı proqnozumuzdadır.
VALENSİYA
Ötən turda “Valensiya” “Malyorka”ya 1:2 hesabı ilə məğlub oldu. Beləliklə, “yarasalar”ın qələbəsiz seriyası 3 oyuna çıxdı. Bununla belə, 2017-18 mövsümündən bu yana “Valensiya” ən yaxşı startını yaşayır.
Malyorka adasındakı məğlubiyyətdən sonra reabilitasiya olduqca vacibdir. Əgər bu gün “Valensiya” “Barsa” ilə bugünkü dueldən məşğul çıxarsa, 1994-cü ildən bu yana yeni antirekorda imza atacaq. Hazırda Cennaro Qattuzonun kollektivinin 4 qələbəsi və 3 heç-heçəsi var və onlar turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bu gün Diaxabi, Komert, Domenek və Kastelyexo oynamayacaq.
BARSELONA
“Barsa” sezona möhtəşəm start götürdü – 11 turda 9 oyunluq “quru” seriya bütün zamanların rekordudur. 11 turdan sonra katalonların aktivində 9 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Klub 28 xalla turnir cədvəlinin lideridir. “Barsa” indiyədək qapısında 4 top gördüyü halda, La Liqada hamıdan çox qol vurub.
Son iki turda katalonlar “Vilyareal”a (3:0) və “Atletik Bilbao”ya (4:0) qalib gəlib.
Unutmayaq ki, “Barsa” üçün Çempionlar Liqası dəftəri qapandı.
Bu gün Serji Roberto, Arauxo, Depay və Kristensen oynaya bilməyəcək.
PROQNOZ
“Valensiya” reabilitasiya fürsətini qazanıb. Unutmayaq ki, “Mestalya” bir çox klub üçün çətin səfərdir. Bununla belə, düşünürük ki, “Bavariya”dan ağır zərbə alan “Barsa” ilk dəqiqələrdən hücuma keçəcək. Nəzərə alın ki, istənilən səhv “Barsa”nın çempionluğa gedən yolunda əngəldir.
Düşünürük ki, bu oyunda ən optimal variant kimi hər iki komandanın qol vurmasına yatırım etməkdir – 1.62
BUKMEKERLƏR NƏ DEYİR?
Künc zərbələri: 9.5 ALT – 1.93
Hər iki hissədə qol vurulacaq – 1.82
Dəqiq hesab: 1:3 – 21.55