Dövlət xətti ilə ipoteka kreditləşməsi 3%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 290,5 milyon manat kredit verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1,3% artaraq 285,2 milyon manata çatıb.

Ötən 9 ayda İKZF istiqraz buraxmaqla 205 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 28,1% çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 dəfə artaraq 95,2 milyon manata çatıb.