Bank sektorunun xalis mənfəəti 35% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 683,2 milyon manat xalis mənfəət əldə edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur.

9 ay ərzində bankların vergiyəqədərki mənfəəti 840,2 milyon manat (40,2% çox), mənfəət vergisi ödəmələri isə 157 milyon manat (67,4% çox) təşil edib.