
Bu gün saat 21:30-da Almaniya Bundesliqasının 12-ci turu çərçivəsində ardıcıl 2 məğlubiyyətdən sonra “Werder Bremen” “Herta”nı qəbul edəcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda tapa bilərsiniz.
WERDER BREMEN
“Werder Bremen” mövsümün əvvəlindən qeyri-stabil oyun göstərir. Ole Vernerin komandası artıq hücumda o qədər də güclü deyil. “Werder” son 3 görüşdə cəmi 2 qol vurub. Bu isə avrokuboklara vəsiqə qazandıran yerlər uğrunda mübarizə aparmaq üçün kifayət etmir.
“Werder Bremen” çempionatda güclü rəqib hesab edilməyən “Mainz” (0:2) və “Freiburg”a (0:2) uduzaraq, ölkə kubokunda “Paderborn”a penaltilərdə məğlub olub kubokundan kənarda qaldı. Son turda qırmızı vərəqə alan Marko Fridlin bu oyunda iştirak edə bilməyəcək. Bu isə onsuzda problemli olan müdafiə xəttinin dahada zəif olmasına gətirib çıxaracaq.
İtkilər: Niklas Stark, Marko Fridlin, Nikolayi Rapp, Jean-Manuel Embom, Niklas Şmit.
HERTA BERLİN
“Herta” böyük səylə xal toplamağa davam edir. Son turda evdə “Schalke 04”ə (2:1) qalib gələrək çempionatda 2-ci qələbəsini qazana bildi. Sandro Şvartsın tələbələri oyunda böyük üstünlüyə malik olmasalar da, matçın sonlarına doğru qələbə qolunu vurub 3 xalı qazana bildilər.
Bu qələbə berlinlilərə turnir cədvəlində düşmə zonasından birazda uzaqlaşmağa imkan verdi. Baxmayaraq ki, təhlükəli zona ilə aralarında hələ də cəmi 3 xal fərq var. “Herta” bu mövsümün bütün oyunlarda çox yaxşı qapanır. Nadir hallarda 1 oyunda 1-dən çox top buraxırlar.
İtkilər: Filip Uremovic, Kevin-Prins Boateng, Jessik Engankam, Rune Jarstein, Linus Jasper Gezer, Kelian Ensona
PROQNOZ
Turnir cədvəlində bu iki klub arasında o qədər də böyük fərq yoxdur. Qonaqlar rəqibin itkilərindən və müdafiədəki boşluqlarından istifadə edib qələbə qazanmağa çalışacaqlar. “Herta” hər top üçün çox əzmkar və aqressiv mübarizə aparır. Oyunçuların fiziki durumu baxımından “Herta”, son oyunlarda müdafiədə erkən geri çəkilən “Bremen”dən daha yaxşı görünür.
Oyunun əvvəllərində meydan sahiblərindən aktivlik gözləməyə dəyər. “Werder Bremen” oyun başlar-başlamaz hesabda üstünlük əldə etməyə çalışacaq. Lakin, berlinlilər müdafiədə çox yaxşı görünür və rəqiblərinin mövqe hücumlarında səhvə yol vermirlər. Fikrimizcə “Herta” “Werder Bremen”in çoxsaylı hücümlarını uğurla dəf edə biləcək.
Bizim proqnozumuz “Herta”nın bu gün uduzmayacağıdır – 1.55
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab – 1:1 (7.10)
Əvvəlki 5 oyunda bu nəticə 2 qeydə alınıb
“Herta” 2-ci hissədə qol vuracaq – 1.77
Son 4 oyunda klub fasilədən sonra 3 dəfə fərqlənib.
1-ci hissə qol cəmi – 1.5 ALT (1.59)
Bremendə baş tutan son 4 qarşılaşmada bu mərc 2 dəfə keçirilib.