“İyulda ABB-yə satdığımız xarici valyuta bir aya geri qaytarılıb”

“Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə ona satdığı 236 milyon ABŞ dolları bir aya geri qaytarılıb”.

İndex.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

“Bu banklar ötən dövrlərdən müəyyən çətinliklər qalmşdı, odur ki, onlara valyuta satışı ilə bağlı qərar verdik və geri qaytarılması üçün 2 ay vaxt müəyyən etdik. Onlar isə 1 aya valyuta mövqelərini tənzimlədilər və bizə satış etdilər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ABB-yə satış AMB-nin xarici valyuta ehtiyatlarından istifadə etməklə baş tutub. Bu addım Bankın sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, kredit təşkilatının sabitliyinin daha da gücləndirilməsi məqsədilə atılıb.