Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını keçib.
İndex.az xəbər verir ki, 27 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 120,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,8% azdır.