
Bu gün saat 20:00-da “Karagümrük” “Galatasaray”ı qəbul edəcək. Son 2 görüşdə qalib gələn meydan sahibləri “aslanlar”ı məğlub edə biləcəkmi? Cavab proqnozdadır.
KARAGÜMRÜK
“Karagümrük” hələlik çempionatda o qədər də uğurlu çıxış etmir. Andrea Pirlonun komandası hazırda turnir cədvəlində 12-ci yerdədir. Düşmə zonasından cəmi 3 xal uzaqda olan klub bu gün məğlub olarsa, həmin zonaya daxil ola bilər. Lakin son vaxtlar “Karagümrük” futbol keyfiyyətini ciddi şəkildə artıraraq, “Hatayspor” (3:0) və “Ümraniyespor” (3:1) üzərində ardıcıl 2 qələbə qazanıb.
GALATASARAY
“Galatasaray” çempionatın ilk dövrəsini çox zəif keçirir. Okan Burukun komandası hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Aslanlar” Superliqanın bəlkə də ən güclü heyətinə malikdir, amma lider “Fenerbahçe”dən artıq 5 xal geri qalır. Ümumilikdə xal fərqi o qədər çox olmasa da, rəqabət yüksəkdir.
Son turda “Antalyaspor” üzərindəki qələbəni əldən verən “Galatasaray” 2:0 öndə olduğu oyunda sonradan 2 top burxaraq heç-heçəyə razılaşmalı oldu. Bununla da paytaxt təmsilçisi ardıcıl 3-cü matçda qalib gələ bilmədi.
PROQNOZ
“Galatasaray” artıq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb və bugünkü matça 3 oyunluq qalibiyyətsizlik seriyası ilə çıxır. Heyətin kefiyyətinə görə “cim-bom”un böyük üstünlüyü var. Son turda meydanda onlar daha yaxşı görünürdülər və anlaşılmazlıq üzündən 3 xalı əldən verdilər. Bu gün “Galatasaray” çətin ki, belə bir şeyə icazə versin. İnanırıq ki, ev sahiblərinin heç bir şansı yoxdur.
Bizim proqnozumuz “Galatasaray”ın qələbəsidir – 1.85
“Galatasaray”, şübhəsiz ki, hələ də çempionluq uğrunda mübarizədən qopmayıb. Bu gün qalib gəlmək üçün əllərindən gələni edəcəklər. “Aslan” bu gün hücum futbolu sərgiləyəcək. Buna görə də, “Karagümrük”ün top buraxacağına şübhə yoxdur. Eyni zamanda, “cim-bom” da mütəmadi olaraq müdafiədə səhvlərə yol verir. Bu nəticəyə gəlmək olar ki, oyunda qarşılıqlı qol ola bilər.
İkinci mərcimiz hər iki komandanın qol vurması olacaq – 1.60
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab – 1:2 (7.90)
“Galatasaray”ın son 6 matçından 3-ü bu hesabla bitib.
“Karagümrük” ilk hissədə qol vuracaq – 2.25
“Karagümrük” son 4 matçında belə mərc uğurlu alınıb.
“Galatasaray” ilk hissədə qol vuracaq – 1.75
Son 2 matçda “Qalatasaray” ilk hissədə qol vurmağı bacarıb.