İlon Mask əlüzyuyan ilə “Twitter”in binasına girdi – VİDEO

“Tesla” şirkətinin təsçisi və icraçı direktoru, milyarder İlon Mask əlində əlüzyuyan ilə “Twitter” binasına daxil olub.

Index.az xəbər verir ki, o, həmin anın görüntülərini “Twitter” hesabında paylaşıb. Mask paylaşımına, ““Twitter”in əsas mərkəzinə giriş – bunu qəbul edin!” sözlərini yazıb.

Qeyd edək ki, bu ilin aprel ayında “Twitter”i 44 milyard dollara almaq istəyən və daha sonra may ayında bu fikrindən daşındığını açıqlayan İlon Mask, sosial media nəhəngini almaq üçün yenidən hərəkətə keçib. Milyarderə yaxın mənbələr 44 milyard dollarlıq müqavilənin bu gün ərzində reallaşacağını bildiriblər.
“Twitter” rəhbərliyindəki mənbələr mövzu ilə bağlı açıqlama verməkdən boyun qaçırıb. Həmçinin Maskın vəkilləri də məsələ ilə bağlı heç bir şərh verməyib.