“Malyorka” – “Espanyol” oyununa 14.50 əmsallıq PROQNOZ

Bu gün saat 22:00-da İspaniya çempionatının 12-ci turunda “Malyorka” “Espanyol” ilə qarşılaşacaq. Bu qarşılaşmanın nəticəsi necə olacaq? Cavab bizim proqnozdadır.

MALYORKA

Bir həftə əvvəl “Malyorka” “Valensiya” üzərində önəmli qələbə qazandı (2:1). Bu da komandanın düşmə zonasını tərk etməsinə kömək etdi. Bu günə qədər “Malyorka”nın 3 qələbəsi və 1 heç-heçəsi var ki, bu da onları 12 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşdırır. “Malyorka”nın hücum xətti çox zəif çıxış edir. Bu mövsüm La Liqada cəmi 9 dəfə fərqlənə biliblər. Buraxdıqları qollara gəldikdə isə, keçirdikləri 11 turda qapılarından 12 top çıxarmalı olublar.

“Elçe” ilə heç-heçədən (1:1) sonra “Malyorka” ardıcıl 2 məğlubiyyət alıb və son oyunda “Valensiya”ya qalib gəlib.

İtkilər: Greif, Kadevere, Labrys, Grenier.

ESPANYOL

Son matçda “Espanyol” “Elçe”yə qalib gələ bilmədi. Belə ki, “Espanyol” geri düşdüyü oyunda önə keçsədə son dəqiqədə buraxdığı qolla bərabərliyə razılaşmalı oldu. Cari çempionatda 11 turdan sonra “Espanyol” 2 qələbə qazanıb və 4 heç-heçəyə edib. Bu isə yekunda onları 10 xalla turnir cədvəlində 14-cü edir.

“Espanyol”un hücum xətti “Malyorka”ya nisbətən daha yaxşı çıxış edərək 14 dəfə fərqlənib. Lakin qeyd edtməliyik ki, komanda qazanılan xallar baxımından son 9 ilin ən pis göstəricisini ortaya qoyur. Buna baxmayaraq, “Espanyol” heyəti ruhdan düşmür və hər matçda maksimum sürətlə oynamağa çalışırlar.

İtkilər: Qori, Sançes, Pedrosa.

PROQNOZ

Bu matçda bizi çempionatda xala hava-su kimi ehtiyacı olan iki komandanın oynayacağı maraqlı futbol gözləyir. Çox güman ki, bu gün hər iki klubun xala çox ehtiyacı olsa da bol qollu qarşılaşma izləyə bilməyəcəyik.

Bizim proqnozumuz 2,5 ALT olacaq – 1,46

Fikrimizcə, bu gün heç-heçə olmayacaq. Hər iki klub 3 xal üçün meydana çıxacaq. Qələbə qolunu isə komandalardan biri şans əsəri vuracaq.

İkinci mərcimiz komandalardan birinin qol vurmayacağıdır – 1.67

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab – 1:3 (14.50)

Komandalar son 4 oyunda 2 dəfə qalib gəlib.

Hər iki hissədə qol vurulacaq – 1.87

Son 5 qarşılaşmanın 3-də hər iki hissədə qol vurulub.

Künc zərbəsi – 9.5 ALT (1.83)

Bu mərc variantı “Malyorka”nın son 4 oyunundan 2-də baş tutub.

Sarı vərəqələr – 4.5 ALT (1.76)

Qonaqların son 4 oyunundan 2-də belə mərc uğurlu olub.