“Azza” Dövlət Agentliyinin vəzifəli şəxsini içəri buraxmayıb

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küç., ev 161C ünvanında yerləşən “Azza” QSC-yə məxsus “Azza” şirniyyat mağazasına inzibati protokol tərtib olunub.

İndex.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlik məlumat verir ki, buna səbəb Agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması olub.