“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Azersun Holding

Baş Mühasib (Bölgələr)

 Son tarix 27 noy 2022 – Müraciət et

Ümumi məlumatlar:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli

İş haqqında:  

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

Ünvan: Bakı, İmişli, Xaçmaz, Biləsuvar 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.

 

Satış Təmsilçisi

Son tarix 27 noy 2022 – Müraciət et

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı, (Fars dili biliyi isə üstünlükdür);
  • Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Aktiv və ünsiyyətcil olub mükəmməl təqdimat bacarığı olmalı.
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

İş haqqında məlumat: 

  • Mövcud bazarı yaxşı analiz edib bazar ehtiyaclarını öyrənmək.
  • Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz etmək.
  • Sosial media araşdırmaları etmək.
  • Daşınmaz əmlak layihələri üzrə işləri izləyərək, təqdimatlar hazırlamak.
  • Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
  • Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri məlumatlandırmaq.

İş yeri: Dreamland (Bakı şəhəri)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.

 

Qeydiyyatçı (Resepsionist)

Son tarix 27 noy 2022 Müraciət et

Tələblər:

  • Orta vəya ali təhsilli olmalı;
  • Aidiyyatı sahə üzrə minimum 1-2 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.

İş haqqında məlumat: 

  • Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
  • Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
  • Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
  • Lazımi sənəd və  məlumatları  qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
  • Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
  • Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
  • Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
  • Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
  • Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
  • Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
  • Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

İş qrafiki: həftə içi 6 gün

İş Yeri: Dreamland Golf Hotel Baku

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepsionist)” qeyd etməyiniz xahiş olunur.

 

Housekeeping supervisor

Son tarix 27 noy 2022 – Müraciət et

Tələblər:

  • Orta vəya ali təhsilli olmalı;
  • Sahə üzrə 3 ilə qədər təcrübəsi olmalı;
  • Gigiyena haqqında məlumatlı olmalı;
  • Liderlik bacarıqları olmalı;
  • Ünsiyyət bacarıqları yaxşı olmalı.

İş haqqında məlumat:

  • Otelin arxa tərəfindəki dəhlizlərə, ümumi ərazilərə, qonaq otaqlarına, mərtəbə ofislərinə, anbarlara davamlı nəzarəti təmin etmək və onların mehmanxananın tələb etdiyi standartlarda saxlanılmasını təmin etmək;
  • Bütün həmkarların öz vəzifələrini vaxtında yerinə yetirmələrini, həmişə müvafiq forma geyinmələrini və ad nişanlarını taxmalarını təmin etmək;
  • Bütün sahələrin, şöbələrin hazır olmasını və ehtiyaclarını təmin etmək üçün ön büro, qonaq xidmətləri və eşikağası ilə əməkdaşlıq etmək;
  • Otaq şəraitindən xəbərdar olmaq;
  • Təmirə ehtiyacı olan əşyaların təmir olunmasını təmin etmək üçün müvafiq tədbirlər almaq;
  • Qonaqların tələblərinin və təmizlik ləvazimatlarının mərtəbədəki ofislərdə düzgün yerləşdirilməsini təmin etmək;
  • Bütün dərin təmizləmə proqramlarının planlaşdırılmasını təmin etmək;
  • Təsərrüfat işləri üzrə menecerinin göstərdiyi və ya təyin etdiyi digər vəzifələri yerinə yetirmək;
  • Müvafiq şöbəyə/həmkarlara yeni və ya fərqli prosedurlar barədə vaxtında məlumat vermək

İş Yeri:  Dreamland MMC (Bakı şəhəri)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Housekeeping supervisor (2420)” qeyd etməyiniz xahiş olunur.

 

Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)

Son tarix 27 noy 2022 – Müraciət et

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
  • Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
  • Vergi və rüsumların ödəmə üsullarını bilməli;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .

İş haqqında məlumat: 

  • Maliyyə cədvəllərinin hazırlanması;
  • Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
  • Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
  • Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
  • Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi.

İş qrafiki: həftə içi 5 gün

İş Yeri Sumqayıt şəh.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt)” qeyd etməyiniz xahiş olunur.