
“Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.
Bu barədə Oxu.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq:
“Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriləcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq”.