Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2 046,5 min olub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 53 %-i Bakıda, 6,9 %-i Qəbələdə, 6,2 %-i Xaçmazda, 6,1 %-i Qubada, 4,3 %-i Qusarda, 4,1 %-i Şabranda, 3,7 %-i Lənkəranda, 3,1 %-i Naftalanda, 1,8 %-i Naxçıvan MR-da, 1 %-i İsmayıllıda, 1 %-i Qaxda, 1 %-i Şamaxıda, 0,8 %-i Masallıda, 0,7 %-i Şuşada və 6,3 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Son 1 ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 4,3 dəfə artaraq 1 031,4 min olub ki, bu da ümumi gecələmələrin 50,4 %-ni təşkil edir. Gecələmələrin 19,7 %-i Səudiyyə Ərəbistanı, 11,2 %-i Rusiya, 10 %-i Birləşmiş Ərəb Əmirlikləri, 8,2 %-i Türkiyə, 4,3 %-i Küveyt, 4,1 %-i İsrail, 3,9 %-i Hindistan, 3,4 %-i ABŞ, 3,1 %-i Böyük Britaniya, 2,3 %-i Pakistan, 1,6 %-i Qazaxıstan, 1,5 %-i Qətər, 1,4 %-i Almaniya, 1,2 %-i Özbəkistan, 1,1 %-i Gürcüstan,1,1 %-i İtaliya, 1 %-i İran, 0,9 %-i Oman, 0,7 %-i Çin, 0,6 %-i Niderland, 0,6 %-i Ukrayna 18,1 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,3 %-i Bakıda, 8,1 %-i Qəbələdə, 4,4 %-i Qubada, 3,6 %-i Qusarda, 2,4 %-i Naftalanda, 0,7 %-i Şabranda, 0,5 %-i Naxçıvan MR-da, 2 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Ölkə vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1 015,1 min olub ki, bu da ümumi gecələmələrin 49,6 %-ini təşkil edir.