“Fənərbaxça” – “Renn” oyununa ÖZƏL PROQNOZ

Bu gün saat 19:45-də “Fənərbaxça” Şükrü Saracoğlunda “Renn”i qəbul edəcək. Bu mövsüm “Fənər”in Avropa Liqasındakı məğlubiyyətsizlik seriyasına “Renn” son qoya biləcəkmi? Cavabı proqnozda tapa bilərsiniz.

FƏNƏRBAXÇA

“Fənərbaxça” Avropa Liqasının qrup mərhələsini çox yüksək səviyyədə keçirir. Jorje Jesuşun komandası qrupun əsas favoriti statusunu tam doğruldur. Dörd tur nəticələrinə əsasən, “Fənər” 10 xalla qrupa başçılıq edir və artıq pley-offa vəsiqəni təmin edib. Bununla belə, qrup birinciliyi “Fənər” üçün hələ də dəqiqləşməyib. İkinci olan “Renn” yalnız əlavə göstəricilərə görə geri qalır. Qeyd edək ki, son turda “Başakşəhər” üzərindəki qalibiyyətdən (1:0) sonra “Fənərbaxça” Türkiyə Super liqasında da turnir cədvəlinə başçılıq edir.

RENN

Turnir başlamazdan əvvəl “Renn” və “Fənərbaxça” qrupun əsas favoritləri hesab olunurdu. Nə “Dinamo Kiyev”, nə də AEK bu statusu şübhə altına ala bilməzdi. Hələlik Bruno Jenezyonun komandası qrupda ikinci olsa da, Türkiyə nəhəngindən yalnız əlavə göstəricilərə görə geri qalır. “Fənər” kimi “qırmızı-qaralar” da qrup mərhələsində uduzmayıb.

İtkilər: Jeremy Doku, Baptiste Santamaria, Warmed Omari

PROQNOZ

“Fənərbaxça” artıq pley-offa vəsiqəni təmin edib, lakin “sarı kanarya” şübhəsiz ki, qrup mərhələsini lider kimi başa vurmağa çalışacaq. “Renn”üzərində qələbə meydan sahiblərinə məqsədlərinə çatmağa kömək edəcək.

“Renn” əzmkar mübarizə aparmağa çalışacaq, amma indi “qırmızı-qaralar” üçün Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardıqları Fransa çempionatında yüksəlişini davam etdirmək çox daha vacibdir. Yəni kifayət qədər motivasiya olmaya bilər, üstəlik, “Fənərbaxça” öz meydanında çox güclüdür. İnanırıq ki, meydan sahiblərinin qələbə şansları daha çoxdur.

İlk proqnoz “Fənərbaxça”nın qələbəsidir – 2.56

“Fənərbaxça”nın çox keyfiyyətli hücum xətti var. Aydındır ki, “Renn”in müdafiədə çox işi olacaq və quru oyun keçirmək onlar üçün çox çətin olacaq. Bununla belə, “qırmızı-qaralar”ın da hücumları çox kəsərli olur.

İkinci mərcimiz hər iki komandanın qol vurması ilə bağlı olacaq – 1.71

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab – 2:1 (9.40)

“Renn”in son 5 oyunundan 2-si bu hesabla başa çatıb

“Fənərbaxça” ikinci hissədə qol vuracaq – 1.75

“Fənərbaxça”nın son 5 matçında belə bir mərc uğurlu alınıb

“Renn” ikinci hissədə qol vuracaq – 1.81

Son 3 səfər matçında “Renn” ikinci hissədə fərqlənib