“Ayaks” – “Liverpul” oyununa 4.00 əmsallıq PROQNOZ

Bu gün 23:00-da Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Ayaks” doğma meydanında “Liverpul”u qəbul edəcək. Bu dueldən kim qalib çıxacaq? Cavabı proqnozumuzdadır.

AYAKS

“Ayaks”ın qrupdan çıxmaq üçün göstərdiyi səylər boşa çıxdı. Amsterdam təmsilçisi 3 tur ard-arda uduzdu və hazırda 3-cü pillədə qərarlaşaraq, bugünkü rəqibindən 6 xal geri qalır. “Ayaks”ın müdafiə xətti bərbad oyun nümayiş etdirir – indiyədək buraxılan 12 top bunun isbatıdır. Klub öz meydanında “Napoli”yə 1:6 hesabı ilə uduzdu ki, bu da “Yohan Kroyff Arena”da ən irihesablı məğlubiyyətdi.

“Liverpul” ilə ilk oyunda “Ayaks” normal təsir bağışlayırdı, lakin 1:2 uduzdu. Bugünkü oyunda komandanı heç-heçə də qane edir ki, Avropa Liqasının pley-offuna düşə bilsin.

“Erediviziya”da “Ayaks” son 3 oyuna 15 top vurub. Alfred Şrederin yetirmələrinin daxili çempionatda 9 qələbəsi, 1 heç-heçəsi var. Paytaxt təmsilçisi 28 xalla turnirin lideridir. 10 oyunda klub 38 qol vurub!

İtkilər: Teylor, Renş, Kaplan, İxattaren

LİVERPUL

Qrupdakı ardıcıl 3 qələbə “Mersisayd”lılara irəli getməyə kömək etdi. Kluba cəmi 1 xal kifayət edir ki, Yurgen Kloppun rekordu davam etsin. Klopp qrup mərhələsində uduzmur!

Bundan başqa, “Liverpul” məhsuldar oyununu davam etdirmək niyyətindədir. Maraqlıdır ki, “qırmızı”lar Rencersi 7:1 udduğu oyunda qolların 6-nı ikinci hissədə vurub.

Daha bir maraqlı nüans – “Liverpul” hollandlarla 17 qarşılaşmada heç vaxt uduzmayıb.

İngiltərə Premyer Liqasının son turunda “Liverpul” gözlənilmədən “Nottingem Forrest”ə uduzdu və turnir cədvəlinin 8-ci pilləsinə yuvarlandı. “Reds” liderdən 12 xal geri qalır.

İtkilər: Tyaqo Alkantara, Darvin Nunyes, Joel Matip, Konate, Nəbi Keyta, Dioqo Jota, Luis Diaz, Artur

PROQNOZ

“Ayaks”ın əsas hədəfi bu gün uduzmamaqdır. “Liverpul”un ciddi itkilərini, klubun fiziki və mənəvi durumunu nəzərə alsaq, “Ayaks” bunu bacara bilər. Hesab edirik ki, bizi səliqəli və aşağı sürətli oyun gözləyir. Başqa sözlə, bu gün minimum qol momenti və qol gözləməyə dəyər. Fikrimizcə, “Qlazqo Reyncers” – “Liverpul” matçının ssenarisinin təkrarlanmasını gözləyənlər sürprizlə qarşılaşa bilər.

Bir qədər ehtiyatlı proqnoz verəcəyik – 3.5 ALT (1.73)

İkinci proqnozumuz isə “Ayaks”ın qələbəsi ilə bağlıdır. Amsterdam təmsilçisi doğma tribunaların dəstəyi ilə uğursuzluq seriyasına son qoymağa çalışacaq.

“Ayaks”ın qələbəsini bukmekerlər 4.00 əmsalla dəyərləndirir.

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab – 2:0 (11.55)

“Ayaks” son 5 oyundan dördünü bu hesabla udub

Hər iki hissədə qol vurulacaq – 1.82

Ev sahiblərinin son 5 oyunundan 3-də bu proqnoz özünü doğruldub

Künc zərbələrinin sayı – 9.5 ÜST (1.85)

Ev sahiblərinin son 5 oyunundan 3-də bu proqnoz özünü doğruldub