Bu gün saat 23:00-da “Barselona” “Kamp Nou”da “Bavariya”nı qəbul edəcək. “Bavariya”ya ilk oyunda uduzan “Barsa” doğma meydanda qalib gələ biləcəkmi? Cavab proqnozdadır.
BARSELONA
“Barselona” Çempionlar Liqasının qrup mərhələsini zəif keçirir və pley-offa çıxmaq şansı azdır. Startda “Viktoriya Plzen” üzərində 5:1 hesabı ilə qalib gələndən sonra “Barsa” növbəti 3 oyunda 1 dəfə belə olsun qalib gələ bilmədi və özünü çox çətin vəziyyətə saldı. 4 xalla katalonlar qrup 3-cüsüdür və “İnter”dən 3 xal geri qalırlar.
Eyni zamanda, italyanlar şəxsi görüşlərdə üstünlüyə malikdirlər. Ona görə, bugünkü matçın nəticəsindən asılı olmayaraq, “İnter”in öz matçında qələbə qazanması katalonları “Avroliqa”ya göndərir. İspaniya çempionatında “Barselona” kifayət qədər uğurlu çıxış edir. Bu yaxınlarda “El Klassiko”da “Real”a 1:3 hesabı ilə uduzsalar da, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar və “Real”dan 3 xal geri qalırlar.
İtkilər: Serji Roberto, Ronald Arauxo, Kristensen, Qavi
BAVARİYA
“Bavariya” 4 turun hər birində qələbə qazanaraq, qrupun favoriti statusunu tam doğrultdu. Yulian Nagelsmannın komandası Milanda “İnter” üzərində 2:0 hesablı qələbə ilə başlayıb, daha sonra evdə “Barselona”nı eyni hesabla məğlub edib. Almanların “Viktoriya” üzərində hər iki oyunda qələbə qazanması, onların pley-offa vəsiqəsini təmin edib.
Çexiya çempionu heç bir sensasiya yaratmadı. “Viktoriya Plzen” ilə 2 oyunda ümumi 9:2 hesablı nəticə göstərərək “Bavariya” qrupdan çıxmağı təmin etmək üçün kifayət edən 12 xalı topladı. Lakin almanlar “Bundesliqa”da o qədər də amansız deyillər və 11 matçda cəmi 6 qələbə qazana biliblər. Bununla belə, rəqiblər ölkə çempionatındakı yerləri baxımından fərqlənmirlər. “Bavariya” “Bundesliqa”nın liderindən 1 xal geri qalaraq cədvəldə ikinci yeri tutur.
İtkilər: Manuel Noyer, Luka Hernandez, Leroy Sane
PROQNOZ
Teoretik olaraq, cüzi də olsa, “Barsa”nın şansları qalır. Maraqlıdır ki, hər iki komanda Milandakı oyunun hesabını bilərək meydana çıxacaq. “İnter”in qələbəsindən “Bavariya” ruhlana bilər. Çünki son turda bu iki komanda üz-üzə gələcək. “Bavariya”ya xal və ya xallar hava-su kimi lazımdır. Çünki “İnter” (inandırıcı görünməsə də, realdır) son 2 oyunu udub, qrup lideri kimi yoluna davam edə bilər. Düşünürük ki, Münhen təmsilçisi qələbəyə oynayacaq.
“Barselona” üçün isə bu prestij məsələsidir. Fanat ordusu qarşısında katalonlar özünü isbat etməyə çalışacaq.
Bizim proqnozumuz: QQ + 2.5 ÜST – 1.54
İkinci proqnozumuz isə ondan ibarətdir ki, Robert Levandovski qol vuracaq – 1.71
BUKMEKERLƏR NƏ DEYİR?
Barselona ilk hissədə qol vuracaq – 1.67
“Barselona”nın son 7 ev matçında bu mərc uğurlu alınıb
Dəqiq hesab: 2:1 – 8.61
“Kamp Nou”da bu klublar arasında keçirilən son 7 matçda bu hesab 2 dəfə özünü doğruldub
“Bavariya” ilk hissədə qol vuracaq – 1.79
“Bavariya”nın son 7 matçında belə bir ssenari olub