
Sabah saat 15:00-da “Facebook” və “Instagram” (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə index.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərini edə bilərlər.