
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az xəbər verir ki, hərracda tələb 67,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.