“WhatsApp”da problem yaranıb

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin “WhatsApp”dan istifadəsində problem yaranıb.

İndex.az “Downdetector” saytına istinadən xəbər verir ki, istifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər.

Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.