Bu il Azərbaycanlılar ən çox hansı ölkələrə səfər ediblər?

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1 110,8 min nəfər olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 47,3%-i Türkiyəyə, 17,7%-i Rusiyaya, 11,1%-i İrana, 8,5%-i Gürcüstana, 15,4%-i digər ölkələrə səfər edib.

Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiyaya gedənlərin sayı isə 21,2% artıb.