Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib.
İndex.az xəbər verir ki, bu barədə 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın neft hasilatı 1,4% azalıb, qaz hasilatı isə 1,3% artıb.
Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
Bu ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib. 2021-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə neft hasilatı 7,7%, qaz hasilatı isə 3,17% azalıb.