
Naxçıvanda orta aylıq əməkhaqqı 595,6 manatı ötüb.
İndex.az bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatdırılıb. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.