“Hatayspor” – “Beşiktaş” oyununa 12.00 əmsallıq PROQNOZ

Türkiyə Super liqasının 11-ci turunda “Hatayspor” “Beşiktaş”ı qəbul edəcək. Hər iki komanda üçün 3 xal hava-su kimi lazımdır. Oyunla bağlı texniki analizimizi və proqnozumuzu təqdim edirik.

HATAYSPOR

“Hatayspor” mövsümə o qədər yaxşı başlamadı, lakin son turlarda toparlana bildi – “Sivasspor” (2:1) və “Alanyaspor” (1:0) üzərində qələbələr yerinə düşdü. Beləliklə, Volkan Dəmirəlin kollektivi turnir cədvəlindəki son yerlə vidalaşdı. Hatay təmsilçiləri təhlükəsiz zonaya 1 xal qədər yaxındır. Lakin İstanbul nəhənglərindən birinin gəlişi planları alt-üst edə bilər.

BEŞİKTAŞ

“Beşiktaş” son turlarda sanki əyləcə basıb – ötən 5 oyunda cəmi 1 qələbə qazanan “qartallar” ilk üçlükdəki yerini itirib və 5-ci yerdə qərarlaşıb. Valerien İsmaelin kollektivi bu yaxınlarda “Giresunspor”a minimal hesabla (1:0) qaib gəldi, ötən həftə isə “Trabzonspor”la heç-heçəyə (2:2) razılaşdı.

PROQNOZ

“Hatayspor” bütün parametrlər üzrə rəqibindən geri qalır. “Qara qartal” son turlarda rəqiblərinə xallar “hədiyyə edib”. Şübhəsiz, “Beşiktaş” Hataya sırf 3 xal dalınca gəlir. Möcüzə olmasa, qonaqlar 3 xalı rahat əldə etməlidir.

İlk proqnozumuz ondan ibarətdir ki, intriqa olmayacaq. Misli.az “Beşiktaş”ın qələbəsini 1.67 əmsalla, Etopaz isə 1.64 əmsalla dəyərləndirir.

Ev sahibi “Beşiktaş”ın qapısına yol tapmağa qadirdir. Ehtimal edirik ki, “Hatayspor” oyuna hücumla başlayacaq. Lakin əsas təhlükə “qara qartal”dan gələcək. Beşiktaş nadir hallarda meydanı qolsuz tərk edir. Proqnozumuza əsasən, bu oyunda qarşılıqlı qollar görə bilərik.

İkinci proqnozumuz – 2.5 ÜST (Misli.az – 1.65, Etopaz – 1.62)

BUKMEKERLƏR NƏ DEYİR?

1-ci hissədə vurulan qolların sayı 1.5 ÜST – 2.44

“Beşiktaş”ın son 4 səfər oyunundan 3-də bu proqnoz özünü doğruldub

“Beşiktaş” 1-ci hissədə qol vuracaq – 1.63

Son 4 səfər oyununun hər birində klub 1-ci hissədə qol vurub

Dəqiq hesab: 3:1 – 12.00

“Hatayspor”un son 10 oyundan 2-də bu hesab özünü doğruldub