Azərbaycan Dəmir Yolları
Daxili kommunikasiya üzrə mütəxəssis
Son tarix 31 okt 2022 – Müraciət et
İşin təsviri:
- ADY-nin işçilərinin müxtəlif dövlət və sahə təltifləri ilə mükafatlandırılması üçün təkliflərin verilməsinin təşkil edilməsi, bu prosesin rəsmiləşdirilməsi və həyata keçirilməsində iştirak edilməsi;
- İşdən çıxış müsahibələrinin keçirilməsinin təşkil edilməsi, müsahibələrin nəticələrini sistemləşdirərək təhlilini aparmaqla kadr axınına səbəb olan amillərin müəyyən edilməsi və bu amillərin aradan qaldırılması üçün müvafiq təkliflər planının hazırlanması;
- ADY-də daxili informasiya mübadiləsinin təşkil edilməsi, zəruri məlumatların əməkdaşlara operativ və qısa müddət ərzində təqdim edilməsi məqsədilə təkliflərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi, o cümlədən vətənpərvər, milli-mənəvi dəyərlər istiqamətində maarifləndirmənin səmərəli təşkil edilməsi;
- ADY-də tətbiq edilən maddi və qeyri-maddi həvəsləndirmə tədbirlərinin effektivliyinin ölçülməsi və onların nəticələrinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi;
- ADY-nin korporativ dəyərlərinin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak edilməsi;
- İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması və nəticələr üzrə hesabatların tərtib edilməsi işində iştirak edilməsi;
- Daxil olan vətəndaş müraciətlərinin araşdırılması və cavablandırılması;
- Rəhbərlik tərəfindən şöbənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri funksiyaların icra edilməsi.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur. Son müraciət tarixi: 30.10.2022