
İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu bu gün “Çelsi” – “Mançester Yunayted” arasında keçiriləcək. Döyüşdən nə gözləmək olar?
ÇELSİ
Ev sahiblərinin baş məşqçisi Qrem Potter yeni iş yerində məşğlub olmayıb. Tomas Tuhel istefa verəndən sonra, yəni 7 oyundur, “zadəganlar” cəmi 2 qol buraxıb. Halbuki, komandanın başında Tuhel olan müdafiədəki boşluqlar açıq-aşkar görünürdü.
Potterin maraqlı bir açıqlaması diqqətimizi cəlb etdi. “Zadəganlar”ın baş məşqçisi bildirib ki, “Brentford” il oyunda (0:0) “komanda hər şeyini ortaya qoydu”. Şübhəsiz, “Çelsi” bu gün də məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq. Yeri gəlmişkən, oyun “Stamford Bridge”də keçirilir, hansı ki, burada aprel ayından uduzmurlar.
“Çelsi” 2017-ci ilin noyabr ayından etibarən Premyer Liqada “Mançester Yunayted”i uda bilmir.
“Zadəganlar”ın hesabında 6 qələbə, 2 heç-heçə var ki, bu da onları 20 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşdırıb.
Çempionlar liqasında isə “Çelsi” son 2 oyunu udaraq birinci yerə yüksəlib və pley-offa çıxmaq şansını xeyli atrırıb.
Bu gün Fofana, Kante, Qallaher oyunu buraxacaq.
MANÇESTER YUNAYTED
Son turda “Tottenhem” (2:0) üzərində əldə olunan qələbə Erik ten Haqın statistikasını yaxşılaşdırdı. MY son 8 oyunda cəmi 1 dəfə uduzub, bununla belə baş məşqçi komandanın oyunundan razıdır. Onun sözlərinə görə, MY “hazırda ən yaxşı komanda oyunu göstərənlərdəndir”.
Bu gün MY qələbə qazansa, məhz “Çelsi”ni qabaqlayaraq ilk dördlüyə daxil olacaq.
Hazırda MY hesabında 6 qələbə və 1 heç-heçə var ki, bu da “qırmızı şeytanlar”ı 19 xalla 5-ci pillədə qərarlaşdırır. Avropa liqasının qrup mərhələsində MY “Real Sosyedad”ın ardından 2-ci pillədədi.
Bu gün Ronaldo, Qrinvud, Marsyal, Maquayr, Van de Bek, Van-Bissaka oynaya bilməyəcək.
PROQNOZ
Unutmayaq ki, bu gün meydana Premyer liqa təsis olunandan (1992) bu turniri toplamda 18-ni qazanan iki komanda çıxacaq. Statistika ev sahiblərinin lehinədir.
Böyük ehtimalla, bu gün ön plana komandaların müdafiə xətti çıxacaq. Nəzərə alaq ki, son 4 görüşdə 2 topdan çox vurulmayıb. Bu gün də bu ssenari təkrarlana bilər.
Qısası, bizim proqnozumuz – 2.5 ALT.
Misli.az bu proqnozu 1.82 əmsalla, Etopaz isə 1.83 əmsalla dəyərləndirir.
BUKMEKERLƏR NƏ DEYİR?
Hər 2 hissədə qol vurulacaq – 1.82
Son 5 oyundan 3-də qollar hər iki hissədə vurulub
Sarı kartlar: 3-dən çox – 1.82
Son 4 oyundan 2-də bu proqnoz özünü doğruldub
Künc zərbələri: 9.5 ALT – 1.81
Son 4 oyundan 2-də bu proqnoz da özünü doğruldub