Amerikanın “Meta” şirkəti “Instagram”da yeni funksiyanı işə salır. Bildirilir ki, bundan sonra platformada foto və videoları planlamaq mümkün olacaq. Hələki yeni funksiya sınaq mərhələsindədir və məhdud sayda istifadəçi üçün əlçatandır.
“Biz qlobal icmamızın bir hissəsi ilə kontenti planlamaq imkanını sınaqdan keçiririk”, – mesajda deyilir.
İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, 2018-ci ildə “Meta” şirkətlərə “Hootsuite” və “SocialFlow” kimi üçüncü tərəf proqram təminatı vasitəsilə yazıları planlaşdırmaq imkanı təklif edib. Şirkət 2020-ci ildən “Facebook Creator Studio” vasitəsilə “Instagram”da planlama funksiyasını təklif edir.