
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
İndex.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Emiland” MMC (VÖEN- 1502123641) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Emiland” MMC Konstitusiya Məhkəməsi hakimləri üçün xüsusi geyimlər (mantiyalar) satacaq. Konstitusiya Məhkəməsi 9 ədəd mantiya üçün “Emiland”ə 10 min 938 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi bir ədədə mantiyanın qiyməti 1 215 manat 40 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “Emiland” MMC 10.08.20112-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 103 min 270 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 86-da yerləşir. Şirkətin qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur.
Onu da bildirək ki, 1998-ci ildən fəaliyyət göstərən və əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək olan Konstitusiya Məhkəməsinin hazırda 9 üzvü var.