Bu gün saat 22:00-da Fransa çempionatının 12-ci turunda “Ayaçço” doğma meydanda PSJ-ni qəbul edəcək. “Liqa 1” lideri aşağı düşmə zonasında olan komanda üzərində qələbə qazana biləcəkmi? Proqnozumuzu təqdim edirik:
AYAÇÇO
Son vaxtlara qədər “Ayaçço” turnir cədvəlinin sonuncu pilləsində idi. Lakin son turlarda klub bir neçə dəfə xal qazana bildi. Belə ki, “ayılar” ilk 4-lükdə yer alan “Brest” (1:0) və “Marsel”i (2:1) məğlub edib.* Həmçinin, Olivye Pantaloninin yetirmələri “Trua” ilə xalları bölüşdürüblər – 1:1. Belə uğurdan sonra komanda turnir cədvəlində eyni vaxtda iki rəqibini qabaqlayıb.
PSJ
“PSJ” son turda əsas rəqibi olan “Marsel”i (1:0) məğlub edə bilib. Baxmayaraq ki, buna qədər paytaxt təmsilçisi çempionatda ikinci dəfə xal itirmişdi – “Reyms” ilə oyun bərabərə qaldmışdı (0:0). Kristof Qaltyenin komandası hələ də birinci sıranı qoruyub saxlayır. İkinci yerdə olan “Loryan” liderdən 3 xal geri qalır.
Parislilər bu yaxınlarda təkcə “Liqa 1”-də deyil, Çempionlar Liqasında da heç-heçə oynadılar. Belə ki, komanda “Benfika” ilə 2 dəfə xal itirib (hər iki oyun 1:1). Buna baxmayaraq, PSJ qrupda da birinciliyini qoruyur.
PROQNOZ
Bu oyunda qonaqların uğuruna heç bir şübhəmiz yoxdur. PSJ bu mövsüm artıq 2 dəfə büdrədi və xal itirdi. Düşmə zonası təmsilçisi ilə qarşılaşmada parislilər bir daha heç-heçə etmək fikrində deyillər.
İlk proqnozumuz – PSJ azı 1 top fərqi ilə qələbə qazanacaq.
Riski sevənlər PSJ-nin bugünkü qələbəsinin “quru” olmayacağına oynaya bilər. Bəli, “Ayaçço” təhlükəli zonadadır, meydan sahiblərinin bu qarşıdurmada şansı yoxdur. Amma son vaxtlar “ayılar”ın bir neçə qələbə və bir heç-heçəsi var. Ayaçço” rəqibə 1 qol vurmaq iqtidarındadır.
Beləliklə, ikinci proqnozumuz – hər iki komanda qol vuracaq. Misli.az bu proqnozu 2.18, Etopaz isə 2.10 əmsalla dəyərləndirir.
BUKMEKERLƏR NƏ DEYİR?
Birinci hissə heç-heçə – 2.65
PSJ son 4 oyundan 2-nin ilk hissəsini heçə-heçə bitirib
2.5 ÜST – 1.79