“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) “Gəmi energetik qurğuları” və “Humanitar fənlər” kafedralarına “müdir” vəzifəsi üzrə müsabiqə elan edib.
Namizədlərdən profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb edilir.
Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:
-Kadrlar uçotunun şəxsi vərəqəsi;
-Tərcümeyi-hal;
-Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
-Elmi və elmi-metodiki işlərin siyahısı;
-Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması
Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir. Sənədlərin təqdim olunması üçün son tarix 20 noyabr 2022-ci ildir.
Əlaqə telefonu: 404 37 00 (daxili 3220)
Mənbə – Seanews