Honkonq rəhbərliyi turizmi dəstəkləmək üçün 254 milyon dollar dəyərində 500 min pulsuz bilet vermək niyyətindədir.
İndex.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
“Koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılanda sonra biz pulsuz aviabiletlər üçün reklam kampaniyasına başlayacağıq”, – deyə turizm məsələləri üzrə direktor Dan Çenq bildirib.
Bu məqsədlə Honkonq Beynəlxalq Hava Limanı yerli aviaşirkətlərlə fəal işləmək niyyətindədir. Pulsuz təyyarə biletləri təkcə gələn turistlər üçün deyil, bəziləri gedən səyahətçilərə veriləcək.
Qeyd edək ki, pandemiyadan əvvəl Honkonq dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri hesab olunurdu. 2019-cu ildə şəhəri 56 milyon turist ziyarət edib. Bu ilin 8 ayında isə bu rəqəm cəmi 184 min olub.
Sentyabrın 26-dan isə Honkonq xaricdən gələn insanlar üçün üç günlük karantini ləğv edib.