“Melissa Group” işçi axtarır – MAAŞ 350 AZN

Müştəri xidmətləri üzrə mütəxəssis

Son tarix 05 noy 2022 – [email protected]

İş barədə məlumat:

  • Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
  • Qonaqlarla görüşlərin təşkil olunması;
  • Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
  • Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
  • Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
  • Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
  • Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
  • Əməkhaqqı: 350 AZN –dən başlayır.

CV-lərinizi [email protected] ünvanına “müştəri xidmətləri” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.