Rusiyadan Azərbaycana taxıl ixracına qadağa qoyuldu

Bu ilin əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) xəstəliyin aşkarlanmasına görə Azərbaycan, Qazaxıstan və Qırğızıstan Respublikasına 654 tondan çox taxılın ixracına qadağa qoyub.

İndex.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.

Bildirilir ki, sentyabrda “Rosselxoznadzor” Qazaxıstana tədarük üçün nəzərdə tutulan buğda partiyalarının tərkibində zərərverici aşkar edilib. Bununla əlaqədar olaraq, bu üç ölkəyə buğda daşımalarının ixracına qadağa qoyulub.