Dövlət Vergi Xidməti ƏDV-nin diferensiallaşdırılmasının əleyhinədir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə dəyər vergisinin (ƏDV) diferensiallaşdırılması ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

İndex.az xəbər verir ki, bu barədə qurumun rəis müavini Samir Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında açıqlama verib.

“Diferensial ƏDV tətbiq edən bəzi ölkələrdə bununla bağlı problemlər var, sui-istifadə ola bilər. Alternativ variant ƏDV üzrə geri ödənilən məbləğlərin artırılması ola bilər və bu, nəzərdə tutulub”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ƏDV-nın diferensiallaşdırılması təklif ilə deputat Vahid Əhmədov çıxış edib.