“Atabank”ın əmlakları hərraca çıxarılır

Oktyabrın 5-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınar əmlaklarının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.

İndex.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət 2 ədəd “Hitachi” və 1 ədəd “Panasonic” markalı kondisionerlərdən, 1 ədəd “Maktek” markalı kombidən, 6 ədəd kombi radiatorundan, 9 ədəd kameradan, 1 ədəd bunker seyf qapıdan və 1 ədəd bunker dəmir barmaqlıqdan gedir. Əmlaklara ümumilikdə 3 520 manat qiymət qoyulub.