“Azpetrol” məhkəməyə verilib

“Azpetrol LTD” MMC  barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

İndex.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Səbail Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Günel Səmədovadır.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.