Bu gün banklar 46 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb $45.7 mln. təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.