Nazirdən pandemiya ilə bağlı mühüm – AÇIQLAMA

“Azərbaycanda koronavirusa yoluxma halları hələ də var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.

İndex.az xəbər verir ki, bunu “Report”un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var:

“Bu baxımdan bu günə qədər heç bir peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.