İranda “Instagram” və “Whatsapp” bloklanıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

Buna səbəb qeyd olunan sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımların atılmasıdır.

Qərarın nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.