
Bu gün axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb.
İndex.az xəbər verir ki, bu barədə “Bakcell” şirkətinin yaydığı məlumatda deyilir.
Bildirib ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər.
“Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”, deyə şirkətin mətbuatında deyilir.