Bakının mərkəzində çoxmərtəbəli bina sökülür – FOTO

Paytaxtın Xətai rayonunda bina sökülür.

Index.az xəbər verir ki, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir. Cavanşir körpüsünün yaxınlığındakı binanın yerində Zəfər abidə kompleksinin tikiləcəyi ehtimal edilir. Artıq binadan sakinlər köçürülüb.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti sözügedən binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyini və dövlət sifarişi əsasında söküləcəyini açıqlamışdı.

Hətta köçürülmə ilə bağlı komissiya yaradıldığını və kompensasiyanın məbləğinin müəyyənləşdirildiyini də qeyd etmişdi.