Səfərbərlik elan olunan kimi Rusiyadan İstanbul və İrəvan reyslərinə bütün biletlər satılıb

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən bir neçə dəqiqə sonra bu günə İstanbul və İrəvana aviareyslərə birbaşa bütün biletlərin satıldığı açıqlanıb.

İndex.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu isə 300 min çağırışçının səfərbərliyə cəlb ediləcəyini vurğulayıb.

Mənbə – APA