Bu il sahibkarlara verilən güzəştli kreditin həcmi 72 milyon manatı ötüb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72.1 milyon , o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53.4 milyon güzəştli kredit verilib.

İndex.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşıb.

Nazir qeyd edib ki, güzəştli kreditlərin 71.4%-i aqrar sektorun, 28.6%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88.2%-i regionların, 11.8%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.