Suraxanıda ödəmə terminalından pul oğurlayan şəxslər saxlanılıblar.
İndex.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2 111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.