“AzerGold” 6 ayda tenderlərə 152 milyon manat xərcləyib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti son 6 ayda 74 tender keçirdib.

İndex.az xəbər verir ki, “AzerGold” QSC  ümumilikdə bu tenderlərə 151 milyon 658 min 935 manat pul xərcləyib.

Əlavə edək ki, “AzerGold”un ən irihəcimli tenderi Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınması ilə bağlı olub. Belə ki, tenderin məbləği 72 milyon 980 min 805 manat dəyərində olub.

Satınalmanın qalibi “Star Mining MMC olub.