Sentyabr ayının 21-də saat 15:00-da “Facebook” və “Instagram” (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə İndex.az-a “Azəriqaz”dan məlumat verilib.
Bildirilir ki, müştərilər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərini edə bilərlər.