Azərbaycan bazarında satılan Rusiya yağının istehsal biznesini erməni alır

Yağ emalı və bitki yağı istehsalı üzrə dünya lideri olan ABŞ-ın “Bunge” aqrar-sənaye şirkəti Rusiyada yağ emalı biznesini satacaq.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bunge” bu gün Rusiyadakı yağlı toxumların emalı biznesini “Exoil Group”un nəzarət səhmdarı əslən erməni olan Karen Vanetsyana satmağa razılaşdığını açıqlayıb. Satışa Voronej şəhərində günəbaxan emalı zavodu daxildir. Satışın başa çatması və sövdələşmənin yekunlaşması üçün rəsmi qurumların və tənzimləyicinin razılığı olmalıdır.

Xatırladaq ki, “Bunge” şirkəti ABŞ-ın aqrosənaye şirkətidir və yağ toxumların emalı və bitki yağı istehsalı üzrə dünya lideridir. Onun işçi heyəti 23 minə yaxın işçidən ibarətdir. Şirkət 40-dan çox ölkədə fəaliyyət göstərir.

Bu şirkətin istehsalına bu gün Azərbaycan bazarında da satışı həyata keçirilən “Oleyna” və “İdeal” ticarət markaları daxildir.