
Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Fransadakı səfirliyinə hücumla bağlı açıqlama yayıb.
İndex.az xəbər verir ki, açıqlamada belə hadisələrin qarşısının alınması üçün bütün tədbirlərin görüldüyü bildirilir:
“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik. Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”.
Xatırladaq ki, sentyabrın 18-də bir qrup erməni Azərbaycanın Fransadakı səfirliyinə hücum edib, zorla səfirliyin inzibati binasına daxil olmağa çalışıb.