Avropalılar qışı keçirmək üçün Türkiyədəki otelləri rezervasiya edirlər

Avropada yaşanan enerji böhranı səbəbilə avropalıları soyuq qışın gözlədiyi bildirilir.

Bu səbəbdən avropalılar qışdan çıxmaq üçün Türkiyədəki otelləri rezervasiya etməyə başlayıblar.

Anadolu Turizm Operatorları Dərnəyi İdarə Heyətinin üzvü Ferhan Ademhan bununla bağlı açıqlama verib.

“Adətən tətil bölgələrindəki obyektlərimiz sentyabrdan 50 faiz, oktyabr ayına qədər 80 faiz, noyabrda isə tamamilə bağlanırdı. Amma bu il obyektlərimiz tam şəkildə fəaliyyət göstərəcək. Bu il turist hədəfimizin 40 milyona çatacağını düşünürük. İndiyə qədər 26 milyonu keçmişik. Bu isə 35 milyard dollar gəlir deməkdir”, – deyə Ferhan Ademhan qeyd edib.