Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.