“Şəhidin qardaşının hər iki videomüraciəti ilə əlaqədar araşdırma davam etdirilir”

Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli videomüraciətləri ilə əlaqədar araşdırma davam etdirilir.

Index.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.